NOVXANI BƏLƏDİYYƏSİ TƏRƏFİNDƏN
2001 - 2014- CÜ İLLƏRDƏ GÖRÜLMÜŞ
İŞLƏR BARƏDƏ QISA
M Ə L U M A T
2001 Qarabağ müharibə iştirakçısı Səfərov Rasim Tağı oğluna bir otaqlı ev tikilib verilmiş bələdiyyə tərəfindən 1026 manat vəsait xərclənmişdir.
1700 metr uzunluğunda kənd arası yollar 10200 kv. metr asfaltlanmış və 6000 manat bələdiyyə tərəfindən vəsait xərclənmişdir.
Əhalinin qaz təminatını yaxşılaşdırmaq məqsədilə 75 diametrində 686 metr uzunluğunda qaz borusu təmir edilmişdir. Bələdiyyə tərəfindən 870 manat vəsait xərclənmişdir.
2002 Bələdiyyə tərəfindən Mehdi Hüseynzadə adına Novxanı kənd orta məktəbinin cari təmir edilib və 1200 manat vəsait xərclənmişdir.
Novxanı kənd Ambulatoriyası bələdiyyə tərəfindən cari təmiri edilmiş 2400 manat vəsait xərclənmişdir.
Saray Novxanı istiqamətində 276 mm diametrində 3800 metr uzunluğunda dəmir boru ilə Novxanı bələdiyyəsi tərəfindən su xəti çəkilmiş, 20018 manat vəsait xərclənmişdir.
Kəndin şəhid, müharibə veteranları və imkansız ailələrə bələdiyyə tərəfindən 596 manat yardım edilmişdir.
2003 Novxanı bələdiyyəsi tərəfindən 1960 metr uzunluğunda 300 mm diametrində kanalizasiya xəti çəkilmiş və 12813 manat vəsait xərclənmişdir.
Kəndin şəhid, müharibə veteranları və imkansız ailələrə 360 manat yardım edilmiş.
2004 Bağlar Novxanı istiqamətində əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün 276 mm diametrində 3200 metr uzunluğunda bələdiyyə və xeyriyyəçilər tərəfindən su xəti çəkilmiş. Novxanı bələdiyyə tərəfində 9304 manat vəsait xərclənmişdir.
Kənd arası kanalizasiya xəti 1200 metruzunluğunda çəkilmiş, bələdiyyə tərəfindən 2102 manat vəsait xərclənmişdir.
7 saylı Novxanı uşaq bağçası cari təmir edilmiş, 1801 manat vəsait xərclənmişdir.
Novxanı kənd arası mərkəzi yola 1850 metr uzunluğunda, 11100 kv. metr asfaltlanmış. Novxanı bələdiyyəsi tərəfindən 20557 manat vəsait xərcləmişdir.
Kənd daxili elektrik naqillərin bir hissəsi 5000 metr təmir edilmiş. Novxanı bələdiyyə tərəfindən 1969 manat vəsait xərclənmişdir.
Kəndin şəhid, müharibə veteranları və imkansız ailələrə 598 manat dəyərində yardım edilmişdir.
2005 Hacı Səfərəlı məcidinin ətrafında yaşayan əhalinin su təminatını yaxşılaşdırmaq məqsədilə 100 mm diametrində 880 metr uzunluğunda su borusu çəkilmiş. Novxanı bələdiyyə tərəfindən 1828 manat vəsait xərclənmişdir.
Saray –Novxanı istiqamətində gələn yola 2200 metr uzunluğunda 4000 m2 asfaltın vurulmuş. Novxanı bələdiyyəsi tərəfindən 9936 manat vəsait xərclənmişdir.
Şəhid ailələri, müharibə iştirakçıları və imkansız ailələrin istifadə etdikləri təbii qazın və elektrik enerjisinin debitor borcunun bir hissəsi bələdiyyə tərəfindən 1400 manat ödənmişdir.
Mehdi Hüseynzadə adına Novxanı kənd orta məktəbin dam örtüyü 1500 kv. metr şiferlənmiş, 500 kv. metr fasad suvanmış və 2500 kv. metr binanın fasadı rənglənmişdir. Bələdiyyə tərəfindən 15000 manat vəsait xərclənmişdir.
Bələdiyyə tərəfindən kəndin müxtəlif yerlərində 4 ədəd yeni müasir tipli avtobus dayanacaqları quraşdırılmış və 2 ədəd köhnə dayanacaqlar təmir olunmuşdur.
2006 Kəndarası yolları düzəltmək üçün 2709 kub. metr çınqıl daşınıb yollara
tökülərək düzəldilmişdir.9340 manat vəsait xərclənmişdir.
Şıxəli Qurbanov Və İlqar Abdullayev küçələrində 11190 metr uzunluğunda 55950 kv. metr asfalt vurulmuş. Novxanı bələdiyyəsi tərəfindən 198000 manat vəsait xərclənmişdir.
Novxanı –Binəqədi istiqamətində 7 km yolun asfaltın üstü yonulmuş, asfalt yol genişlənərək yolun eni 11 metr olmaqla 77000 kv. metr asfalt çəkilmişdir.
M. Hüseynzadə adına Novxanı kənd orta məktəbi cari təmir olunmuş və 165 metr uzunluqda kanalizasiya xətti çəkilmişdir. Novxanı bələdiyyəsi tərəfindən 4535 manat vəsait xərclənmişdir.
Novxanı bələdiyyəsinin iki mərtəbəli yeni inzibati binası bələdiyyənin öz vəsaiti hesabına inşa edilmiş 116806 manat vəsait xərclənmişdir.
Kəndin kanalizasiya sistemini yaxşılaşdırmaq məqsədi ilə Şıxəli Qurbanov küçəsi 1-ci döngədə 320 metr, Şıxəli Qurbanov küçəsi 2-ci döngədə 210 metr, Əsgər Abuzərov küçəsində 850 metr, Sabit Orucov küçəsində 350 metr cəmi 1730 metr bələdiyyənin və kənd əhalisinin hesabına kanalizasiya xətti çəkilmişdir. Novxanı bələdiyyəsi tərəfindən 7660 manat vəsait xərclənmişdir.
Novxanı bələdiyyəsi tərəfindən şəhid ailələrinə, müharibə veteranlarına və digər imkansız 646 ailənin elektrik enerjisinin debitor borcunun bir hissəsini Barmek Azərbaycan EŞ MMC-nin hesabına 9800 manat, Abşeron rayon Qaz İstismar idarəsinin hesabına 13300 manat vəsait köçürülərək köməklik olunmuşdur.
Novxanı bələdiyyəsi tərəfindən imkansız 16 ailəyə 1157 manat yardım edilmişdir.
Novxanı bələdiyyəsi tərəfindən Yeni il və Qurban bayramı münasibətilə şəhid ailələri, müharibə veteranları və imkansız ailələrə 327 manat 60 qəpik dəyərində 78 kq ət 39 ailəyə verilmişdir.
Novxanı bələdiyyəsi tərəfindən 7 və 13 saylı uşaq bağçalarına təbii qaz gəlmədiyi üçün 160 manat dəyərində hər bir uşaq bağçasına odun alınıb verilmişdir.
2007 Novxanı bələdiyyəsi tərəfindən kəndarası yollara 17658 kv. metr asfalt vurulmuş, bələdiyyə tərəfindən 287450 manat vəsait xərclənmişdir.
Saray-Novxanı istiqamətində 2500 metr yolu genişləndirərək 17696 kv. metr asfalt vurulmuşdur.
Kəndin aşağı baş yaşayış massivinə 50 avtomaşın 450 m2 asfalt yonqusu tökülüb düzəldilmişdir.
Novxanı bələdiyyəsinin hesabına yeni poliklinika tikilib kənd əhalisinin istifadəsinə verilmişdir. Bunun üçün 371272 manat vəsait xərclənmişdir.
Novxanı bələdiyyəsi tərəfindən Mehdi Hüseynzadə adına park salınmış və Mehdi Hüseynzadənin heykəli qoyulmuş və kənd əhalisinin istifadəsinə verilmişdir.Bələdiyyə tərəfindən 35096 manat vəsait xərclənmişdir.
Novxanı bələdiyyəsi tərəfindən imkansız, şəhid ailələrinə 370 manat yardım edilmişdir.
İmkansız ailələrə evlərinin dam örtüyünü təmir etmək üçün 2585.70 mant dəyərində mal – material alınıb verilmişdir.
Novruz bayramı münasibətilə 7 və 13 saylı uşaq bağçalarına 119 manat dəyərində bayram hədiyyəsi alınıb verilmişdir.
Novruz bayramı münasibətilə şəhid ailələri, müharibə veteranları və imkansız 70 ailəyə 644 manat dəyərində hər bir ailəyə 2 kq ət alınıb verilmişdir.
Yuneskonun xoş məramlı səfiri Heydər Əliyev fondunun Prezidenti Mehriban xanım Əliyevanın “ Hərəyə bir ağac əkək” təşəbbüsü ilə, Novxanı bələdiyyəsi və İcra nümayəndəliyi tərəfindən 3000 ədəd ağac yol kənarlarında və məktəbin həyətində əkilmişdir.
Novxanı bağlar və Novxanı Binəqədi yolun kənarını otdan, qanqaldan təmizlənib və Novxanı inzibati ərazisindən 92 maşın məişət tullantıları daşınıb zərərsizləşdirilmişdir 2324 manat xərclənmişdir.
Novxanı bələdiyyəsi tərəfindən şəhid ailələrinin, müharibə veteranların və imkansız 496 ailənin elektrik enerjisi və təbii qaz debitor borcunun bir hissəsi 11570 manat vəsait köçürülmüşdür.
Bələdiyyə tərəfindən 13 saylı uşaq bağçasına 42 metr yeni qaz xətti , Zərifə Əliyeva adına yeni inşa olunmuş orta məktəbə 551 metr uzunluğunda yeni qaz xətti çəkilmişdir. Bunlar üçün 2332 manat vəsait xərclənmişdir.
2008 Novxanı bələdiyyəsi tərəfindən Novxanı - Saray, Novxanı-Binəqədi istiqamətində gedən yol kənarından və qəbiristanlığın ətrafından, kəndin inzibati ərazisindən 93 maşın məişət tullantıları yığılıb zərərsizləşdirilmişdir.
Novxanı kəndində evlərin nömrələməsi üçün bələdiyyə tərəfindən 724 manat vəsait xərclənmişdir.
Novruz, Ramazan və Qurban bayramı münasibəti ilə kənddə yaşayan şəhid ailələri, müharibə veteranları, kimsəsiz və imkansız ailələrə 195 ailəyə hər ailəyə 2 kq olmaqla 2594 manat dəyərində ət paylanmışdır.
Novruz bayramı ərəfəsində Novxanı bələdiyyəsi və icra nümayəndəliyi tərəfindən 310 ədəd ağac əkilmiş 533 manat vəsait xərclənmişdir.
Novxanı - Saray, Novxanı-Binəqədi asfalt yolunun 2400 kv. metr dağılmış hissəsi bələdiyyə tərəfindən təmir edilmiş və bunun üçün 29869 manat dəyərində vəsait xərclənmişdir.
Novxanı bələdiyyəsi tərəfindən şəhid ailələrinə, müharibə veteranlarına və imkansız 220 ailənin elektrik enerjisi, su və təbii qaz debitor borcunun bir hissəsinin ödənilməsi üçün 4400 manat vəsait köçürülmüşdür.
Ramazan bayramı münasibəti ilə Hacı Səfəralı məscidində iftar süfrəsi üçün 404 manat dəyərində müxtəlif ərzaq malları alınmışdır.
7 saylı uşaq bağçasına 280 manat dəyərində 1 ədəd soyuducu alınıb verilmişdir.
İmkansız 23 ailəyə müxtəlif məqsədlər üçün 3257 manat maddi köməklik göstərilmişdir.
27-28 sentyabr 2008-ci il tarixdə Rusiyanın Moskva şəhərində “Kyokuşinkay” karate üzrə kişilər arasında Avropa çempionatı keçirmək üçün Moskva şəhərində getmək üçün idmançılar Aslanov Qələndər və Xudaverdiyev Rüfətin yol pulunun 852 manat , bələdiyyə tərəfindən ödənilmişdir.
Saray-Novxanı su xəttinin cari təmiri üçün 480 manat bələdiyyə tərəfindən xərclənmişdir.
2009 Novxanı bələdiyyəsi tərəfindən 80 yerlik uşaq bağçası inşa edilib başa çatdırılmış. Bələdiyyə tərəfindən 392147 manat vəsait xərclənmişdir.
Novxanı kəndində Heydər Əliyev adına küçəsinin asfalt yolun genişləndirilməsi ilə əlaqədar olaraq yolun üst hissəsində gedən qaz xətinin 20 metri yolun altına keçirilmiş bunun üçün bələdiyyə tərindən 950 manat vəsait xərclənmişdir.
Novxanı kənd sakini Süleymanova Umuxanım Almaz qızının evinin yanması ilə əlaqədar bələdiyyə tərəfindən 680 manat dəyərində yardım edilmişdir.
Novxanı bələdiyyəsi tərəfindən Heydər Əliyev və İlqar Abdullayev küçələrinin abadlaşdırılması məqsədi ilə yolun sağ və sol hissəsində 4772 kv. metr hasar suvanmış, 4772 kv. metr hasar rənglənmişdir. Novxanı bələdiyyəsi tərəfindən 27128 manat vəsait xərclənmişdir.
Novxanı bələdiyyəsi tərəfindən kənd ətrafı və yol kənarlarından 47 lafet məişət tullantılarının yığılıb və zərərsizləşdirilmiş 1880 manat vəsait xərclənmişdir.
Novxanı bələdiyyəsi tərəfindən aşağı baş yaşayış massivi və H.Z.Tağıyev küçəsində qaz təminatını yaxşılaşdırmaq üçün 300 metr 100 mm diametrində , 50 mm diametrində 756 metr uzunluğunda metal boru alını qaz xətti çəkilib və təmir edilmişdir. Bələdiyyə tərəfindən 572 manat vəsait xərclənmişdir.
Novxanı bələdiyyəsi tərəfindən Ramazan bayramı münasibəti ilə Hacı Səfər alı Məcidində iftar süfrəsi verilmiş 471 manat vəsait xərclənmişdir.
Novxanı bələdiyyəsi tərəfindən Qurban bayramı münasibəti ilə kəndin imkansız , şəhid ailələri və müharibə veteranlarına 50 ailəyə hər birinə 2 kq ət paylanmış və 600 manat vəsait xərclənmişdir.
Novxanı bələdiyyəsi tərəfindən 7 saylı uşaq bağçası və musiqi məktəbi cari təmir etmiş və 3580 manat vəsait xərclənmişdir.
Novxanı kəndində bələdiyyə tərəfindən cari ilin payız mövsümündə 1000 ağac əkilmişdir.990 manat vəsait xərclənmişdir.
Novxanı kəndində yerləşən “Samuray” idman cəmiyyətinə Novxanı bələdiyyəsi tərəfindən güləş döşəyi alınıb verilmiş və 1800 manat xərclənmişdir.
2010 Heydər Əliyev küçəsinin genişləndirilməsi ilə əlaqədar olaraq
uzunluğu 4000 metr, eni 3 metr, dərinliyi 50 sm qazılıb torpağı çıxarılmış, 6000 kub. metr çınqıl tökülüb yayılmışdır və 14000 kv. metr asfalt vurulmuşdur.60441 manat vəsait xərclənmişdir.
Bələdiyyə tərəfindən Mehdi Hüseynzadə küçəsi döngə 1 və döngə 2-də 510 metr uzunluğunda 2550 m2 asfalt yol çəkilmişdir.
Heydər Əliyev və İlqar Abdullayev küçələrində yol kənarı 1580 m2 hasarların dekorativ üzlük və çay daşları ilə üzlənmişdir. Bunun
üçün bələdiyyə tərəfindən 5979 manat vəsait xərclənmişdir.
Kəndarası yolların təmiri üçün 90 avtomaşın 720 kvm çınqıl daşınıb 1750 metr yola tökülüb və yayılmışdır. Bunun üçün ələdiyyə tərəfindən 3600 manat vəsait xərclənmişdir.
Novxanı Bələdiyyəsi tərəfindən 15 ədəd metal zibil qabları alınıb kəndin müxtəlif küçələrinə qoyulmuş. Bunun üçün bələdiyyə tərəfindən 945 manat vəsait xərclənmişdir.
Novruz və Qurban bayramı münasibəti ilə şəhid ailələri,
müharibə veteranları və imkansız 89 ailəyə 1267 manat dəyərində
bayram payı alınıb verilmişdir.
Ramazan ayı münasibəti ilə Hacı Səfəralı Məcidində iftar süfrəsi verilmiş. Bələdiyyə tərəfindən 461 manat vəsait xərclənmişdir.
Novxanı kəndində imkansız 5 ailəyə 600 manat yardım göstərilmişdir.
Saray – Novxanı istiqamətində gələn su xəttini və xəttin üzərində paylayıcı çənin təmir edilmiş və bunun üçün 1930 manat vəsait xərclənmişdir.
M. Hüseynzadə adına 1 saylı kənd orta məktəbinə 100 metr uzunluğunda 32 diametrində yeni plastik boru ilə su xətti çəkilmişdir. Bələdiyyə tərəfindən 471 manat vəsait xərclənmişdir.
Novxanı bələdiyyəsi tərəfindən 810 ədəd ağac əkilmişdir və ağaçların beçərilməsi üçün 600 manat xərclənmişdir.
Ağacların suvarılması üçün 25 diametrində 700 metr plastik su borusu çəkilmiş və 25 ədəd su krantı quraşdırılmışdır. Novxanı bələdiyyəsi tərəfindən 3470 manat vəsait xərclənmişdir.
Bələdiyyə tərəfindən məişət tullantısının yığılıb daşınması üçün 43760 manat dəyərində Man 200 markalı avtomaşın alınıb, yığılan məişət tullantıları Balaxanı poliqonuna daşınmış, bunun üçün 11967 manat vəsait xərclənmişdir.
Novxanı kənd sakini Qədeşbala baləmi oğlunun (xəstə, təqaüdçü) dam örtüyü vurulmuş, bələdiyyə tərəfindən 2500 manat vəsait xərclənmişdir.
2011 İlqar Abdullayev küçəsində döngə 4-də 3200 kv. metr yola 279 kub.
metr çınqıl daşınıb tökülmüş və yayılmışdır. Bələdiyyə büdcəsindən 1512 manat vəsait xərclənmişdir.
Novxanı bələdiyyəsi tərəfindən P. Əzizbəyova, N. Tusi və İ.Abdullayev küçəsi 4, 6 -ci döngəyə 182 kamaz özüboşaldan maşınla 1456 m2 çınqıl daşınıb küçələrə tökülüb qreyderlə yayılmışdır. Bələdiyyə tərəfindən 7940 manat vəsait xərclənmişdir.
Novxanı Bələdiyyəsi tərəfindən 32480 kv. metr küçələrə asfat vurulmuşdur. O cümlədən : Novxanı - Saray yolu istiqamətində 17250 m2 , Mehdi Hüseynzadə küçəsi döngə 2 və 3 3300 m2, M. Hüseynzadə küçəsi döngə 4 və 5 3500 m2 , Aşağı baş massivi Əsgər Abuzərov küçəsi 4500 m 2 və yeni yaşayış massivi 3930 m2 asfalt vurulmuşdur. 109200 manat vəsait xərclənmişdir.
2010-cu ildə yol kənarında əkilmiş 1700 ağaçların suvarılıb və beçərilməsi üçün bələdiyyə tərəfindən 4114 manat vəsait xərclənmişdir.
Mehdi Hüseynzadə parkının abadlaşdırılması üçün 510 manat vəsait xərclənmişdir.
Bələdiyyənin inzibati binasının cari təmir olunub. Bunun üçün 844 manat vəsait xərclənmişdir.
Novxanı bələdiyyəsi tərəfindən Heydər Əliyev küçəsi yolun sağ və sol istiqamətində hasarlar dekorativ qaya və çay daşları ilə 2932 kv. metr üzlənmişdir. Bunun üçün 66000 manat vəsait xərclənmişdir.
Novxanı inzibati ərazisində məişət tullantılarının atılması üçün 15 ədəd zibil qutusu alınmışdır.
Yusif Məmmədəliyev küçəsinə kanalizasiya çəkmək üçün Novxanı bələdiyyəsi tərəfindən 300 mm diametrində 152 metr azbes
boru alınıb küçədə yaşayan sakinlərə verilmişdir. Bunun üçün bələdiyyə 1520 manat vəsait xərcləmişdir.
Novxanı bələdiyyəsi tərəfindən kəndə yaşayan imkansız ailələrə 1410 manat yardım edilmişdir.
“Azərbaycan bayrağı” ordenli, Əfqanıstan, Qarabağ və Silahlı qüvvələr veteranı I qrup Qarabağ müharibə əlili, istefada olan polkovnik-leytenant Bəndəliyev Sultan Orduxan oğluna müalicə üçün 1000 manat yardım edilmişdir.
Novxanı kənd sakini Əliyev Əli Məmməd oğlunun dəfələrlə müraciətinə əsaslanaraq zəlzələ nəticəsində evi yararsız hala düşmüşdür. Evinin təmiri üçün bələdiyyə tərəfindən 1000 manat köməklik edilmişdir.
Novruz və Qurban bayramı münasibəti ilə şəhid ailələri, müharibə veteranları və imkansız ailələr üçün bələdiyyə tərəfindən 2711 manat dəyərində bayram payı alınıb verilmişdir.
Novxanı bələdiyyəsi Ramazan ayı münasibəti ilə Hacı Səfəralı Məcidində 17.08.2011-ci ildə iftar süfrəsi verilmiş. Bunun üçün bələdiyyə 512 manat vəsait xərclənmiş.
07 saylı uşaq bağçasının dam örtüyünün 95 m2hissəsi yararsız hala düşmüşdür. Bələdiyyə tərəfindən dam örtüyü sökülərək yenidən quraşdırılmışdır. Bələdiyyə tərəfindən 1734 manat vəsait xərclənmişdir.
Abşeron rayon Mədəniyyət evinin cari təmiri üçün Novxanı bələdiyyəsi tərəfindən 1875 manat vəsait Təmir - Tikinti MMC-nin hesabına köçürülmüşdür.
Novxanı kəndinin Şimal tərəfdən girişdə Abşeron sözü lövhəsinin quraşdırılmış. Bələdiyyə tərəfindən 1023 manat vəsait xərclənmişdir.
Novxanı bələdiyyəsi tərəfindən mütəmadi olaraq əhalinin məişət tullantılarının bələdiyyənin zibil maşını ilə Balaxanı Poliqonuna daşınması təmin olunmuşdur. 15531 manat vəsait xərclənmişdir.
2012 Novxanı bələdiyyəsi tərəfindən Mübariz İbrahimov küçəsi 9600
kv.metr Aşağıbaş yaşayış massivi 2381 kv.metr asvalt
vurulmuşdur.Bələdiyyə tərəfindən 118300 vəsait xərclənmişdir.
Qurd dərəsi yaşayış massivində yolun təmiri üçün 7780
manat vəsait xərclənmişdir.
2012-ci ilin birinci yarım ili ərzində Püstəxanım Əzizbəyova küçəsi
döngə 1, yeni qəbiristanlığa gedən yol 180 kub. metr və Əliağa Şıxlinski küçəsinə 288 kub. metr çınqıl tökülüb yayılmışdır. Bələdiyyə tərəfindən 3293 manat vəsait xərclənmişdir.
Aşağı baş məhəllənin, Sabit Orucov və pir ətrafı küçələrinin 10523 kv. metr asfaltlanmış. Bunun üçün bələdiyyə tərəfindən 28507 manat vəsait xərclənmişdir.
Qış fəslində Novxanı-Binəqədi, Novxanı-Saray, Novxanı- Bağlar və kənd arası yolları qardan qreyderlə təmizlənmiş, 27930 kq duz yollara səpilmişdir. Bələdiyyə tərəfindən 2115 manat vəsait xərclənmişdir.
Yol kənarında əkilmiş ağacların dibi açılmış və əkilmiş ağaçaları damcı sistemi ilə suvarılması üçün şlanq çəkilmişdir, buna görə 523 manat vəsait xərclənmişdir.
Novxanı bələdiyyəsinin inzibati binasının hasarının aqlay daşla üzlənib və işıqlandırılması üçün 1773 manat vəsait xərclənmişdir.
Qar və yağış nəticəsində yollarda əmələ gələn cala – çuxurlar kəndin Məmməd Əmin Rəsulzadə küçəsinə 120 kv.metr, Mehdi Hüseynzadə küçəsinə 280 kv. metr, Şıxəli Qurbanov küçəsinə 300 kv. metr, İlqar Abdullayev küçəsinə 250 kv. metr və Əsgər Abuzərov küçəsinə 350 kv. metr bələdiyyə tərəfindən asfaltlanmışdır. Bələdiyyə tərəfindən 7781 manat vəsait xərclənmişdir.
Novxanı bələdiyyəsi tərəfindən mütəmadi olaraq əhalinin məişət tullantılarının bələdiyyənin zibil maşını ilə Balaxanı Poliqonuna daşınması təmin olunmuşdur. 24190 manat vəsait xərclənmişdir.
Novxanı bələdiyyəsi tərəfindən imkansız 15 ailəyə 2412 manat yardım edilmişdir.
Novruz bayramı münasibəti ilə şəhid ailələri, müharibə veteranları və imkansız ailələrə, 35 ailəyə 785 manat dəyərində bayram payı verilmişdir.
21 mart 2012-ci ildə Mehdi Hüseynzadə heykəlinin qarşısındakı parkda kənd əhalisi üçün Novruz şənliyi keçirilmiş və 380 manat vəsait xərclənmişdir.
Heydər Əliyev, Sabit Orucov və İlqar Abdullayev küçələrinin işıqlandırılması üçün Novxanı bələdiyyəsi 62510 manat vəsait xərclənmişdir.
Mehdi Hüseynzadə adına 1 saylı orta məktəbin dam örtüyü bələdiyyə tərəfindən cari təmir edilmiş və bələdiyyə tərəfindən 835 manat vəsait xərclənmişdir.
2013 Novxanı bələdiyyəsi tərəfindən Püstəxanım Əzizbəyova küçəsinə
688 m3 , M.H.Şəhriyar küçəsi 352 m3 , dəmir yolunun alt hissəsi 240 m3 , H.Əliyev küçəsi dögə 2 120 m3 və Gədik yolu 1250 m3 çınqıl daşınıb tökülmüş və yayılmışdır.Bələdiyyə tərəfindən 8034 manat vəsait xərclənmişdir.
Novxanı bələdiyyəsi tərəfindən Camal Paşa və İlqar Abdullayev küçəsində 6100 m2 yol asfaltlanmışdır. 50001 manat vəsait xərclənmişdir.
Novxanı bələdiyyəsi tərəfindən Gədi yol 6150 m2asvalt vurulmuş, bələdiyyə tərəfindən 60000 manat vəsait xərclənmişdir.
Bələdiyyə tərəfindən 123 və 985 №li avtobus asvalt yolu cari təmir edilmiş, 14994 manat vəsait xərclənmişdir.
Novxanı bələdiyyə yol kənarında 344 ədəd ağaç əkilmiş, ağaçalarının diblərinin boşaldılmış, alaq otlarından təmizlənmiş ,800 metr damcı sistemi çəkilmiş və ağaclar suvarılmışdır. 3217 manat vəsait xərclənmişdir.
Novxanı bələdiyyəsi tərəfindən mütəmadi olaraq əhalinin məişət tullantılarını 952 ton bələdiyyənin zibil maşını ilə Balaxanı Poliqonuna daşınması təmin olunmuşdur. 27583 manat vəsait xərclənmişdir.
Novxanı bələdiyyəsi tərəfindən kəndin imkansız ailələrinə 10 ailəyə 3010 manat yardım edilmişdir .
Novruz və Qurban bayramlarında münasibəti ilə şəhid ailələri, müharibə veteranları və imkansız ailələr 184 ailəyə bayram sovqatı verilmişdir. 3437 manat vəsait xərclənmişdir.
17 mart 2013-cü ildə Mehdi Hüseynzadə adına parkda Novxanı bələdiyyəsi və İcra Nümayəndəliyi tərəfindən kənd əhalisi üçün Novruz şənliyi keçirilmişdir.
2014 Novxanı Bələdiyyəsi tərəfindən inzibati ərazidən qarın yağması ilə
əlaqədar yollar qardan təmizlənmiş 23 ton duz Novxanı-Binəqədi,Novxanı-Saray ,Novxanı-Bağlar və 123 nömrəli avtobusun kənd arası yollarına səpilmişdir. 415 manat vəsait xərclənmişdir.
2014-cü il ərzində 784 ədəd ting yol kənarlarına əkilmişdir.Yol kənarında əkilmiş 4500 tinglərin dibləri açılmış və suvarılır.450 manat vəsait xərclənmişdir.
Novxanı Bələdiyyəsi tərəfindən Aşıq Ələsgər küç 8240 m2 və Gədi yoluna 1130 m2 yeni asfalt yol çəkilmişdir.90397 manat vəsait xərclənmişdir.
Bələdiyyə tərəfindən kənd arası yollara 1600 m2 asfalt yol cari təmir olunmuşdur.11800 manat vəsait xərclənmişdir.
Milli Qəhrəman Mübariz İbrahimov küçəsinə 360m3 və M. İbrahimov küçəsi döngə 3-ə 150 m2 çınqıl daşı tökülüb düzəldilmişdir.2260 manat vəsait xərclənmişdir.
Novruz bayramı münasibəti ilə şəhid ailələri,müharibə veteranları və imkansız ailələrə (60 ailəyə) hər biri 2kq mal əti,2kq un,0.5 kq kərə yağı,1kq şəkər tozu bayram hədiyyəsi kimi verilmişdir.1287 manat vəsait xərclənmişdir.
H.Səfəralı məscidində Ramazan ayı münasibəti ilə bələdiyyə tərəfindən 130 nəfərə iftar süfrəsi verilmişdir. 812 manat vəsait xərclənmişdir.
Qurban bayramı münasibəti ilə şəhid ailələri, müharibə veteranları və imkansız ailələrin (100 ailə) hər birinə 2 kq ət alınıb paylanmışdır. 812 manat vəsait xərclənmişdir.1500 manat vəsait xərclənmişdir.
Mehdi Hüseynzadə parkının işıqları yenidən quraşdırılmış,bələdiyyə tərəfindən park abadlaşdırılmışdır.1250 manat vəsait xərclənmişdir.
Novxanı Bələdiyyəsi və Kənd İcra Nümayəndəsi ilə birlikdə Mehdi Hüseynzadə parkında kənd əhalisi üçün Novruz şənliyi keçirilmiş,müsiqi ansanbılı, müğənnilər,rəqs qrupları və keçəl-kosa dəvət olunmuş, çay süfrəsi şirniyyatla verilmişdir. 2659 manat vəsait verilmişdir.
Novxanı bələdiyyəsi tərəfindən 4 qrupluq yeni uşaq baxçasının tikintisi başlamış, zirzəmi hissəsi tikilmiş, tikinti işləri davam edir.160000 manat vəsait xərclənmişdir.
H.Əliyev küçəsində 486 m2 yol kənarı hasarlar suvanmış, 1843 m2 rənglənmiş, S.Orucov küçəsində 175 m2, İ.Abdullayev küçəsində 694 m2 və İ.Abdullayev küçəsində döngə 1-də 150 m2 cəmi 1019 m2 yol kənarı hasarlar Novxanı bələdiyyəsi tərəfindən rənglənmişdir.3477 manat vəsait xərclənmişdir.
H.Əliyev, S.Orucov və İ.Abdullayev küçəsi Novxanı bələdiyyəsi tərəfindən abadlaşdırılır. Yol kənarına 2248 m2 qazon vurulmuş, 6.0 km piyada yol (səki) çəkilmiş, 8665 m2 asfalt vurulmuşdur.238206 manat vəsait xərclənmişdir.
Əkilmiş qazonların və ağacların suvarılması üçün Novxanı Bələdiyyəsi tərəfindən 8 tonluq su maşını alınmışdır.9500 manat vəsait xərclənmişdir.
Kəndin imkansız ailələrinə 17 ailəyə 2460 manat bələdiyyə tərəfindən yardım edilmişdir.
II qurub Qarabağ müharibə əlili Cabbarov Yolçu Mehman oğlunun müaliçəsi üçün 300 manat pul Şəhid, Əlil və Veteranlar Birliyinin Abşeron rayon şöbəsininin bankdakı hesabına köçürülmüşdür.
Aşağı baş yaşayış massivinə, Qafur Məmmədov döngə 2-də və 20 Yanvar küçəsində yaşayan əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün Novxanı bələdiyyəsi tərəfindən boru rulon 25 ATM 50 mm diyametrində , Aşağı baş yaşayış massivinə 600 m, Qafur Məmməd küçəsi döngə 2-yə 230 m, 20 Yanvar küçəsinə 300 m boru alınıb verilmiş boru “Azərsu” ASC-nin Bağlar Sukanal Departamenti tərəfindən çəkilmişdir.2883 manat vəsait xərclənmişdir.
Novxanı inzibati ərazisindən Novxanı bələdiyyəsi tərəfindən əhalinin məişət tullantılarını 985 ton yığılıb Balaxanı paliqonuna təhvil verilir. 35396 manat vəsait xərclənmişdir.
Novxanı bələdiyyəsi tərəfindən məişət tullantsını daşımq üçün JAK (99JA156) ikinci avtomaşın alınmışdır.
Novxanı bələdiyyəsi tərəfindən yol kənarına əhali tərəfindən atılan məişət tullantıları hər gün təmizlənir.
Novxanı bələdiyyəsi tərəfindən H.Əliyev küşəsində 4.9 km, Novxanı Saray yolunda 3 km , Novxanı-Duz zavodu istiqamətində 5 km yol kənarı alaq otlarından tamamilə təmizlənmişdir.2482 manat vəsait xərclənmişdir.
“Türk şəhidlərinin” xatirəsinə həsr olunmuş “Qızıl kəmər” uğrunda Türkiyə- Azərbaycan peşəkərları arasında “kyokushin karate” yarışında Novxanı kənd kamandasından dörd nəfər birinci yer tutuğu üçün idmançılar Kərimov Rəhim Novruz oğlu, Əliyev Zöhrab Adil oğlu, Qurbanov Novruz Baxşeyiş oğlu, Səfərov Səbuhi Novruz oğlu və məşqci Xudaverdiyev Rüfət Vidadi oğluna hər birinə Novxanı bələdiyyəsi tərəfindən 200 manat mükafat verilmişdir.